MSK İqbal Ağazadənin müraciətinə baxdı –Şikayəti DSK-ya göndərdi

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.

İclasda Ümid Partiyasının səlahiyyətli  nümayəndəsi Taleh Əliyevin fevralın 9-da Milli Məclisə seçkilərlə əlaqədar 35 saylı Xətai Üçüncü Seçki Dairəsində seçki məntəqələrində iddia edilən pozuntularla bağlı müraciətinə baxılıb.

MSK prosedura uyğun olaraq müraciətə müvafiq dairə seçki komissiyasında baxılması barədə qərar verib.

Qeyd edək ki, 35 saylı Xətai Üçüncü Seçki Dairəsində Ümid Partiyasının deputatlığa namizədi bu partiyanın sədri İqbal Ağazadə olub. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

XİN ATƏT və AŞPA müşahidəçilərinin seçki ilə bağlı bəyanatına cavab verdi

Sonrakı məqalə

MSK seçkilərlə bağlı 300-ə qədər videogörüntünü araşdırır