MSK Ləman Ələşrəfqızının müraciətinə baxdı-3 məntəqədə seçkinin nəticələrini ləğv etdi

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar 117 saylı Oğuz-Qəbələ Seçki Dairəsindən  qeydiyyata alınmış namizəd Ləman İsmayılovanın (Ələşrəfqızı) müraciətinə baxılıb.

Məsələ barədə MSK katibi Arifə Muxtarova məlumat verib. Muxtarova bildirib ki, L. İsmayılova müraciətində səsvermə günü 117 saylı Oğuz-Qəbələ Seçki Dairəsinin bir sıra seçki məntəqələrində qanun pozuntularına yol verildiyi, seçki qutularına topa bülletenlər atıldığı iddia olunub. Namizəd müvafiq dairədə seçkinin nəticələrinin ləğv olunmasını xahiş edib. Muxtarova bildirib ki, MSK-nın apardığı araşdırma zamanı 29, 30 və 43 saylı seçki məntəqələrində seçkinin nəticələrinin seçicilərin iradəsini ifadə etmədiyi üzə çıxıb.

MSK müraciəti qismən təmin edib və 117 saylı Oğuz-Qəbələ Seçki Dairəsinin 29, 30 və 43 saylı seçki məntəqəsində seçkinin nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edib.

Qeyd edək ki, bu dairədə lider namizəd Aqiyə Naxçıvanlıdır. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Koronavirus şübhəsi ilə xəstəxanaya daha iki nəfər yerləşdirilib

Sonrakı məqalə

Müsavat və ReAL fevralın 29-na mitinq təyin etdi –