MSK müraciət və şikayətlərə baxır –Müsavatçı namizədin şikayəti təmin edilmədi

Mərkəzi Seçki Komissiyasının (MSK) iclası başlayıb

İclasda fevralın 9-da keçirilmiş növbədənkənar parlament seçkiləri ilə bağlı müraciət və şikayətlərə baxılır.

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında Milli Məclisə seçkilərlə əlaqədar 34 saylı Xətai İkinci Seçki Dairəsindən Müsavat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Qəzənfər Baxışovun müraciətinə baxılıb.

Bu barədə MSK üzvü Ramiz İbrahimov məlumat verib. İbrahimov bildirib ki, şikayət edən namizəd dairə üzrə bütün məntəqələrdə səsvermənin nəticələrini mübahisələndirib.

Araşdırma zamanı məlum olub ki, seçki günü namizədin nə özü, nə də müşahidəçiləri məntəqələrdə müşahidə aparıb.  MSK müraciəti müzakirəyə çıxarıb və şikayətin təmin edilməməsi ilə bağlı qərar qəbul edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan İranla sərhədi bağladı –

Sonrakı məqalə

MSK 11 saylı Qaradağ Seçki Dairəsi ilə bağlı şikayəti təmin etməyib