“MSK qalib gəldiyim məntəqədə nəticələri ləğv edib” –Ləman Ələşrəfqızı

“Mərkəzi Seçki Komissiyasnın 117 saylı dairədə ləğv etdiyi 3 məntəqədən biri mənim qalib olduğum 30 saylı məntəqədir”.

Azpost.info-nun məlumatına görə, bu sözləri deputatlığa namizəd, telejurnalist Ləman Ələşrəfqızı deyib. O, qalib gəldiyi məntəqədə nəticələrin ləğvinə etirazını bildirib: “Mən bu məntəqədə 203 səslə 116 səs yığan Aqiyə Naxçıvanlını üstələmişəm”-deyən L.Ələşrəfqızı adıçəkilən məntəqədə rəqibinin qohumlarının çoxluğuna baxmayaraq A.Naxçıvanlı səs yığa bilməyib: “Al, bu rəqəmlər də sənin olsun. Nəfəsiniz də oğurluqdur”-deyə L.Ələşrəfqızı yazıb.

Qeyd edək ki, MSK bu gün 117 saylı dairədə seçki ilə bağlı şikayətlərə baxıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Zabit və gizirlərin sosial müdafiəsi ilə bağlı qərarlar hazırlanır –

Sonrakı məqalə

Tovuzda top mərmisi aşkar olunub –