MSK sədri:

“Qarşı tərəf məhkəməyə müraciət edə bilər”
20 Fevral 2020 - 18:12

“MSK-nın zamanla uyğunlaşmayan, müddəti keçmiş şikayətə baxmaq hüququ yoxdur”.

APA-nın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, qarşı tərəf buna görə məhkəməyə müraciət edə bilər: “Bizim xoş niyyətimiz qanunu pozmağımıza səbəb ola bilməz”.