MSK sədri ATƏT-in seçki ilə bağlı hesabatındakı tənqidi “normal” adlandırdı

05 Mart 2020 - 11:26

“Ümumilikdə beynəlxalq təşkilatlar tərəfindən seçkilərə verilən rəy müsbət olub”.

Bunu bu gün Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib. M.Pənahov bildirib ki, seçkiləri 59 beynəlxalq təşkilatdan 58 ölkəni təmsil edən 883 beynəlxalq müşahidəçi izləyib: “Ümumilikdə onlar tərəfindən Azərbaycanda 9 fevral seçkilərinin azad, demokratik şəraitdə keçməsi ilə bağlı rəy verilib. Yalnız ATƏT Demokratik Təsisatlar Bürosunun hesabatında bəzi məqamlar var idi. Bu da normaldır”.