MSK sədri qəzəbləndi:

“Hansı Seçki Məcəlləsində yazılıb ki, biz şikayətçiyə rəy verməliyik?”
18 Fevral 2020 - 18:19

“Hansı Seçki Məcəlləsində yazılıb ki, biz şikayətçiyə rəy verməliyik?”

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

MSK sədrinin sözlərinə görə, onlara təlqin etmək istəyirlər ki, MSK-ya təqdim edilən görüntülərə onlarla birlikdə baxılsın: “Görüntü baxıb nəticə çıxarmaq və qərar qəbul etmək üçün MSK-ya təqdim edilir. Elə bəzi Dairə Seçki komissiyalarında, Məntəqə Seçki komissiyalarında da bu cür arzuolunmaz hallar yaşanıb. Bəziləri komissiya üzvlərinə diqtə edir ki, siz onu etməlisiniz, bunu etməlisiniz. Bu, harada yazılıb? Hansı Seçki Məcəlləsində yazılıb ki, şikayətçiyə rəy verilməlidir? Qeyri-adi şəkildə diqtə edirlər ki, bunu etməlisən. Sonra da bunun qanunda yazıldığını iddia edirlər. Sosial şəbəkələrdən sui-istifadə etmək meyllərinin qarşısını almalıyıq”.

Məzahir Pənahov deyib ki, bəzi yerlərdə namizədlər xoşagəlməz hərəkətlərə yol verirlər”.

MSK sədri bildirib ki, xoşbəxtlikdən bunlar epizodik xarakter daşıyır.