MSK sənədləri Konstitusiya Məhkəməsinə göndərəcək

25 Fevral 2020 - 21:49

Mərkəzi Seçki Komissiyası (MSK) fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərə yekun vurub və sənədlərini Konstitusiya Məhkəməsinə göndərilməsi ilə bağlı qərar qəbul edib. 

MSK dairə seçki komissiyası protokoları, onlara əlavə edilmiş sənədlərin yoxlanılmasının nəticələrini müəyyən edilməsi üçün Konstitusiya Məhkəməsinə göndərəcək.

Bu barədə qərar Mərkəzi Seçki Komissiyasının iclasında qəbul edilib. (Turan)