MSK seçki bülletenlərinə aid qaydaları təsdiqləyib

Mərkəzi Seçki Komissiyası növbədənkənar parlament seçkiləri ilə əlaqədar seçki bülletenlərinin hazırlanması qaydasına, mətninə, formasına və sayına aid tələbləri təsdiqləyib.

Bununla bağlı məsələ MSK sədrinin müavini Rövzət Qasımovun təqdimatında Mərkəzi Seçki Komissiyasının iyulun 27-də keçirilən iclasında müzakirəyə çıxarılaraq qəbul olunub.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.