MSK VİP sədri Əli Əliyevin şikayətini təmin etmədi

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar 17 saylı Yasamal Üçüncü Seçki Dairəsindən qeydiyyata alınmış namizəd Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin səlahiyyətli nümayəndəsi Əliyar Şirməmmədovun müraciətinə baxılıb.

APA-nın məlumatına görə, məsələ barədə MSK üzvü Bəxşeyiş Əsgərov məlumat verib. Əsgərov bildirib ki, müraciətdə səsvermə günü müşahidəyə şərait yaradılmaması və digər pozuntulara yol verildiyi iddia olunub. MSK təqdim edilən 84 videogörüntünü araşdırıb və iddianın təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilməyib.

MSK müvafiq dairə seçki komissiyasının qərarını qüvvədə saxlayıb və müraciət təmin edilməyib. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Pakistanda Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qətnamə qəbul olundu

Sonrakı məqalə

Berlində Ümumavropa Qarabağ mitinqi keçirilib –