Müəllim Neft və Sənaye Universitetini məhkəməyə verib

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) məhkəməyə verilib.

Azpost.info xəbər verir ki, iddiaçı Kazımova Zahirə Kəmaləddin qızıdır.

Araşdırmalarımız zamanı bəlli olub ki, Zahirə Kazımova ADNSU-nun işçisi olub. O, 1996-cı ildən sözügedən universitetdə çalışıb. Azərbaycan Dillər Universitetinin məzunu olmuş Zahirə Kazımova ADNSU-nun “Xarici dillər 2” kafedrasının müəllimi olub. O, universitetin Azərbaycan bölməsinin bakalavr pilləsində təhsil alan tələbələrə ingilis dili fənnindən dərs deyib.

Bir müddət əvvəl işdən çıxarılan Zahirə Kazımova universitet rəhbərliyinin bu addımını əsassız saydığı üçün işə bərpa tələbi ilə məhkəməyə müraciət edib. Lakin birinci instansiya onun iddasını təmin etməyib. Zahirə Kazımova apellyasiya şikayəti verib. Şikayət artıq icraata götürülüb. Onun şikayəti Bakı Apellyasiya Məhkəməsində Sabit Bəhrəmzadənin sədrlik etdiyi hakimlər kollegiyası tərəfindən araşdırılacaq.

Abbas

Əvvəlki məqalə

Baş Prokurorluq “Tərtər işi” ilə bağlı açıqlama yaydı –

Sonrakı məqalə

Mədəniyyət nazirinin iki müavini işdən azad edilib