Müəllimlərin maaşları nə zaman artacaq?

Təhsil sektorunda da maaş artımının gözlənilir.

Azpost.info bildirir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, Səhiyyə Nazirliyi tabeliyində olan müəssisələrdə çalışan və maaşları Vahid Tarif Cədvəli  ilə müəyyənləşən vətəndaşlarımızın əmək haqqları son artımlara aid olundu. “Elm və Təhsil Nazirliyinin, həmçinin TƏBİB-in hər birinin ayrıca əmək haqqı sxemi var. Bu qurumlar maaş məbləği müəyyənləşən zaman əməyin məhsuldarlığı meyarına əsaslanmağa üstünlük verirlər”. Bu sektorlarda təşkil edilən qiymətləndirmələr də məhz bununla bağlıdır: yüksək məhsuldarlığa daha çox ödəniş.

“Hər iki sektorda aşağı maaşlarda artımlar həyata keçiriləcəyindən dərəcələr arası fərq nəzərə alınmaqla əməkhaqqlar müəyyənləşdiyi üçün bu sahələrdə də maaş artımları mümkün hesab olunur. Fevral ayının ilk həftəsinədək bu məsələnin aydınlaşacağı gözlənilir. Çünki bu sektorlar üzrə uyğunlaşdırma üçün 1 ay ayrılmışdı”-deyə deputat bildirib.

 

Əvvəlki məqalə

Ali Məhkəmə Naxçıvanın sabiq DİN başçısı ilə bağlı qərarı elan edib

Sonrakı məqalə

Baş Prokurorluq Dövlət Gömrük Komitəsində əməliyyat keçirir