Müdafiə Nazirliyinin idarə rəisi olan generalın nə üçün həbs edlidiyi məlum oldu

Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən, general-mayor Bəkir Orucovun nədə təqsirli bilindiyi məlum olub.

Azpost.info bildirir ki, APA-nın əldə etdiyi xəbərə görə, Bəkir Orucov “Tərtər işi” ilə bağlı təqsirləndirilən şəxs qismində həbs olunub.

O, Cinayət Məcəlləsinin 341.2.3 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərini aşma) və digər maddələri üzrə ittiham olunur.

Bakı Hərbi Məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Generalın həbsi barədə hələlik rəsmi məlumat açıqlanmayıb.

Əvvəlki məqalə

Prezident İlham Əliyevin İtaliyaya səfəri başa çatıb

Sonrakı məqalə

Yayılan videodan sonra Xaçmazın polis rəisi və 5 DYP əməkdaşı işdən çıxarıldı –