Müddətsiz müqavilə ilə işləmək istəyən müəllimlərin onlayn müsahibələrə qoşulma qaydası açıqlanıb

29 Aprel 2020 - 13:30

Təhsil Nazirliyi ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi əsasında işləyən müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə onlayn müsahibələrə qoşulma qaydalarını açıqlayıb.

Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov APA-ya açıqlamasında bildirib ki, müsahibədə iştirak etmək üçün heç bir proqramda qeydiyyata ehtiyac yoxdur: “Bunun ən sadə yolu komputer vasitəsilə qoşulmaqdır. Bu halda müəllim hər hansı proqram yükləmir. İştirakını təsdiq etmiş müəllimlərin maili-nə bir link göndəriciləcək və həmin linkə daxil olaraq onlayn müsahibəyə qoşulacaqlar”.

E.Bağırov qeyd edib ki, digər variant isə telefon vasitəsilə onlayn müsahibəyə qoşulmaqdır: “Bunun üçün isə “Microsoft Team” mobil tətbiqini telefona yükləmək kifayətdir. Heç bir qeydiyyata ehtiyac yoxdur. Müəllimlər yenə eyni qayda ilə göndərilən linkə daxil olaraq müsahibəyə qoşula biləcəklər”.