Müəllimlərin sayı azalacaq, maaşlar artacaq- Nazir

Emin Əmrullayev
Emin Əmrullayev

Müəllimlərin sayı azalacaq, maaşlar artacaq. “Hazırda biz təhsil sistemində mühüm dəyişikliklər etmək yolundayıq”.

AzPost APA-ya istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Dünya Bankının illik qlobal hesabatının təqdimat tədbirində deyib.

“Düzünü desək, əgər bu islahatları həyata keçirməsək, bəzi müəllimlər, sözün əsl və ya məcazi mənasında, daha 20-30 il sistemdə qalacaq və bu, təhsil üçün müsbət nəticələr verməyəcək. Əgər 2026-cı ilə qədər uğur qazansaq, müəllimlərin sayı azalacaq, lakin hər bir müəllimin dərs saatı artacaq, bu da onların maaşlarının yüksəlməsinə səbəb olacaq. Eyni zamanda, sistemdə çalışan gənclərin sayı 20%-ə qədər artacaq”, – deyə nazir əlavə edib.

Həmçinin oxu:

Azərbaycanda ümumi təhsil müəssisələrinin rasionallaşdırılması həyata keçirilir. Bunu elm və təhsil naziri Emin Əmrullayev deyib. O bildirib ki, 2024-cü ildə məktəbyaşlı uşaqların sayı ilə bağlı 147 təhsil müəssisəsi rasionallaşdırılıb: “Bu proses nəticəsində həmin məktəblərdə qalan şagirdlər və müəllimlər yaxınlıqdakı digər məktəblərə yönləndirilib. Rasionallaşdırma prosesi müxtəlif meyarlar əsasında aparılıb. Bunlara əhalinin artım dinamikası, coğrafi əlverişlilik, məktəblərin infrastrukturu, siniflərin komplektləşdirilməsi, ən yaxın məktəbə qədər məsafə, həmçinin şagird və müəllim sayı daxildir”.

Emin Əmrullayev qeyd edib ki, nazirlik 2025-ci ildə 130-a qədər ümumi təhsil müəssisəsinin rasional idarə olunması ilə bağlı tədbirlərin davam etdirilməsini planlaşdırır: “Bu addımlar təhsil sistemində resursların daha səmərəli istifadəsinə və şagirdlərin keyfiyyətli təhsil imkanlarına çıxışını yaxşılaşdırmağa xidmət edir”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.