Müğənni Manaf Ağayevin oğlu həbs edilib

Müğənni Manaf Ağayevin oğlu həbs edilib.

Müşviq Ağayev idarəetməsində olan retro avtomobillə Bayraq Meydanının yaxınlığında yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Ona Səbail Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları sərxoş halda sükan arxasına əyləşməməyi tövsiyə edib. Lakin Müşviq yol polis əməkdaşlarına müqavimət göstərib. Daha sonra post patrul xidmətinin əməkdaşları hadisə yerinə gəlib. Onlar Müşviq Ağayevi polis bölməsinə aparıb. Məlum olub ki, Müşviq Ağayev ağır dərəcəli sərxoşdur. Onun barəsində 5 sutkalıq həbs-qətimkan tədbiri seçilib. (APA)

Əvvəlki məqalə

Prezident İlham Əliyevin Almaniya iş adamları ilə görüşü olub

Sonrakı məqalə

Türkiyə, Rusiya, Suriya və İran rəsmiləri Moskvada görüşəcək