Muğam müsabiqəsinin laureatı Muğam Mərkəzinə direktor təyin edildi –FOTO

Əməkdar artist, tarzən Sahib Paşazadə Beynəlxalq Muğam Mərkəzinə direktor təyin edilib.

Bununla bağlı müvafiq qərar imzalanıb.

Sahib Paşazadə Azərbaycan Respublikasının “Tərəqqi” medalı laureatı, 1998-ci ildə Respublikam muğam müsabiqəsinin laureatıdır, Azərbaycan Milli Konservatoriyasının dosentidir.

Azərbaycanda və ölkədən kənarda təşkil olunan çoxsaylı konsertlərdə, festivallarda solo və müğam üçlüyü tərkibində çıxışlar edib, beynəlxalq müsabiqələr laureatıdır.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.