“Muğan Bank”ın ləğvi risk yaratmır” –Mərkəzi Bank

Mərkəzi Bank

“Muğan Bank” ASC-nin ölkənin bank sisteminin aktivlərində xüsusi çəkisi 1,4%, kredit portfelində 2%, sektorun öhdəliklərində isə cəmi 1,3% təşkil edir.

Bu barədə Azərbaycan Mərkəzi Bankının bankın lisenziyasının ləğv edilməsi ilə bağlı məlumatında qeyd edilib.

“Muğan Bank”ın bank lisenziyasının ləğvi bank sektorunun maliyyə dayanıqlığı və maliyyə sabitliyinə heç bir təhdid yaratmır” – AMB-nin açıqlamasında qeyd edilib.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.