Müharibə başlayandan ruslar tonlarla qızıl külçə alıblar- RƏQƏMLƏR

Varlı ruslar Ukraynada müharibə başlayandan tonlarla qızıl külçə alıbar.

Azpost.info xəbər verir ki, “Sberbank”, VTB, “Qazprombank” və “Promsvyazbank” qiymətli metal satışının artdığını təsdiqləyiblər.

Məsələn, ilin əvvəlindən VTB-nin müştəriləri təxminən 23 ton, “Promsvyazbank”ın müştəriləri isə 7 ton külçə alıblar.

“Sberbank” satılan investisiya qızılının dəqiq həcmini açıqlamayıb, lakin tələbatın 2022-ci ilin ortaları səviyyəsində qaldığını qeyd edib.

“Qazprombank” da son bir neçə ayda qızıl əməliyyatlarının həcmində artım qeydə alındığını bildirib.

“Sberbank”da ən populyar külçələr 10-20 q ağırlığında olanlardır.

Maliyyə Nazirliyinin məlumatına görə, 2022-ci ildə ruslar 75 tondan çox investisiya qızıl külçələri alıblar ki, bu da 2021-ci ilin göstəricisindən 15 dəfə çoxdur. Tələbin kəskin artmasına 2022-ci il martın 1-dən fiziki şəxslər tərəfindən qızıl külçələrinin alınmasına 20 faizlik ƏDV-nin ləğvi də təsir edib.

Azpost.info

Əvvəlki məqalə

Qusarda mikroavtobus qəzaya uğrayıb, yaralananlar var

Sonrakı məqalə

Ötən həftə Azərbaycanda COVID-19-a 17 yoluxma faktı qeydə alınıb