“Rusiya Ukraynaya qarşı uzunmüddətli müharibə aparmağa hazırlaşır. Bu baxımdan Qərbin uzun mübarizə planına ehtiyacı var”.
Azpost.info xəbər verir ki, bunu Estoniya Baş naziri Kaya Kallas bildirib.
“Qeyri-müəyyənlik dövrləri çoxlu tələlərlə doludur”, – Kallas deyib.
Onun fikrincə bu tələlərdən biri də münaqişənin və danışıqların tezliklə həllinə olan yalan ümiddir: “Danışıqlara olan istək nəyin bahasına olursa-olsun Rusiya ilə münasibətləri sabitləşdirmək istəyənlərdən gəlir”.
Baş nazirə görə, başqa bir tələ münaqişənin gərginləşməsi və onun nəticəsi ilə bağlı özünü qorxutmaqdır: “Bu qorxuya əsaslanaraq, bəziləri Ukraynanı dəstəkləməyin eskalasiya olduğunu iddia edirlər. Buna belı cavab verəcəm: müdafiə təxribat deyil”.
Kallas sosial şəbəkələrdə və digər kanallarda dezinformasiyanı da təhlükə hesab edir: “Rusiyanın dezinformasiya kampaniyasının məqsədi demokratik cəmiyyətləri və qərar qəbul edən siyasətçiləri Ukraynanı dəstəkləməkdən çəkindirmək, daxili siyasi parçalanmaları qızışdırmaq və demokratik səslərə təsir etməkdir”.
Azpost.info