2022-ci ildə müharibə və səfərbərlik səbəbindən ölkəni tərk edən rusların 40 faizə qədəri Rusiyaya geri qayıdıb.
Azpost.info xəbər verir ki, bu məlumatlar digər ölkələrdə yaşayış icazəsi əldə etməyə kömək edən “Finion” şirkətinin müştəriləri arasında keçirilən sorğu nəticəsində əldə edilib.
“Rosstat”ın məlumatına görə, 2022-ci ildə Rusiyanı 668 min nəfər tərk edib. Onlardan 330 minə qədərinin geri qayıtdığı deyilir.
Eyni zamanda, oktyabr ayında “Financial Times” Avropa Universitetləri İnstitutunun tədqiqatçılarının məlumatlarına istinad edərək, köçənlərin təxminən 15 faizinin Rusiyaya qayıtdığını yazmışdı. Nəşrdə gedənlərin ümumi sayının 820 min nəfər olduğu bildirilir. Söhbət təxminən 120 min köçkünün Rusiyaya qayıtmasından gedir.
“Finion” qeyd edir ki, rusların geri qayıtmasının əsas səbəblərindən biri yaşayış icazələrinin alınması qaydalarının və başqa ölkələrdə qalma müddətlərinin sərtləşdirilməsi olub.
Azpost.info