Münaqişə baş verərsə, Rusiya KXDR-in tərəfində döyüşəcək?- Kremldən AÇIQLAMA

Rusiya və KXDR Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi çərçivəsində hərbi sahədə əməkdaşlıq edəcək və bir-birinin təhlükəsizliyini təmin edəcək.

Azpost.info xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Sazişdəki ifadənin aydınlaşdırılmasına ehtiyac yoxdur” – Peskov jurnalistlərin Koreya yarımadasında hərbi münaqişə baş verəcəyi təqdirdə Rusiyanın razılığa əsasən KXDR-in tərəfində ola biləcəyi sualına cavab verərkən deyib.

Onun sözlərinə görə, Moskva və Pxenyan münasibətlərin gələcək inkişafında bu sazişin prinsiplərini rəhbər tutmaq niyyətindədirlər.

Bir gün əvvəl, oktyabrın 14-də Rusiya prezidenti Vladimir Putin Rusiya ilə KXDR arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında sazişin ratifikasiyası haqqında qanun layihəsini Dövlət Dumasına təqdim edib. Putin və Şimali Koreya lideri Kim Çen In sənədi bu ilin iyununda imzalayıblar. O, 23 maddədən ibarətdir və de-fakto hərbi ittifaqı nəzərdə tutur.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycan və Rusiya baş nazirləri strateji tərəfdaşlığı müzakirə ediblər

Sonrakı məqalə

Ağdaşda kanaldan meyit tapılıb