“Münaqişənin həllində danışıqların alternativi yoxdur” –

Paşinyan ritorikanı dəyişdi, sülhdən danışdı
17 İyul 2020 - 17:52

“Qarabağ münaqişəsinin həlli üçün dinc danışıqların alternativi yoxdur”.

Azpost.info bildirir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan Minskdə keçirilən Avrasiya İttifaqının Hökümətlərarası Şurasının iclasında çıxışı zamanı deyib.

Münaqişənin güc yolu ilə həlli yoxdur. Sülh danışıqları regionun bütün xalqlarının maraqlarına cavab verir” –deyə Paşinyan vurğulayıb.

Onun sözlərinə görə, sərhəddə gərginlik qalmaqda davam edir.