Münhen Təhlükəsizlik Konfransı başlayıb

Almaniyanın Münhen şəhərində sayca 58-ci Beynəlxalq Təhlükəsizlik Konfransı öz işinə başlayıb.

APA TASS-a istinadən xəbər verir ki, konfrans ötən ildən fərqli olaraq canlı formatda keçiriləcək.

3 gün davam edəcək Münhen Təhlükəsizlik Konfransına dünyanın fərqli ölkələrindən 600-dən çox siyasətçi, hüquq müdafiəçisi, elmi və biznes dairələrinin nümayəndəsi qatılacaq.

Təşkilatçılar konfransda 35 dövlət və hökumət başçısının iştirakını gözləyir.

Builki konfransın əsas mövzusu Ukrayna məsələsi olacaq.

Xatırladaq ki, Rusiya 1999-cu ildən bəri ilk dəfə rəsmi səviyyədə tədbirdə təmsil olunmayacaq.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir