“Müsavat Avropanın 70 siyasi partiyası ilə əməkdaşlıq edir” –ARİF HACILI

“Müsavat partiyasının Avropanın 30-dan çox ölkəsində fəaliyyət göstərən 70-dən artıq siyasi partiya ilə əməkdaşlıq münasibətləri var”.

Bu sözləri Arif Hacılı Azpost.info-ya Müsavat Partiyasının beynəlxalq əlaqələri barədə danışarkən deyib.

O bildirib ki,pandemiya səbəbindən birbaşa olmasa da, Müsavat Partiyası beynəlxalq onlayn tədbirlərdə iştirak edir: “Xüsusilə 44 günlük müharibə zamanı aktivlik göstərdik, Azərbaycan həqiqətlərinin dünyaya çatdırdıq. İlk mərhələdə İrəvan müharibəni avtoritar Azərbaycanla demokratik Ermənistan arasında gedən müharibə kimi qələmə verirdi. Biz isə öz imkanlarımızdan istifadə edərək bu müharibənin avtoritar rejimlə demokratik rejim arasında deyil, işğala məruz qalmış Azərbaycan işğalçı Ermənistan arasında getidiyini dünyanın diqqətinə çatdırmaya çalışdıq. İzah etdik ki, bu müharibə Azərbaycan üçün ədalət müharibəsidir və Azərbaycan təcavüzkarla ərazi bütövlüyü uğrunda mübarizə aparan tərəfdir.  Xeyli nəticələrə də nail olduq”.

A.Hacılı deyib ki, Müsavat Partiyasının Gürcüstan, Ukrayna, Rusiya, Moldova, Şərqi Avropa ölkələrində fəaliyyət göstərən siyasi partiyalarla münasibəti var: Bir çox hallarda biz Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq, eyni zamanda Azərbaycanın demokratik dünyanın bir parçasına çevrilməsi üçün bu münasibətlərdən istifadə edirik”.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir