Müsavat başqanı və AXCP sədri Britaniya XİN-nin nümayəndəsi ilə görüşüb –FOTO

Müsavat Partiyasının başqanı Arif Hacılı və AXCP sədri Əli Kərimli Bakıda səfərdə olan Böyük Britaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Şərq Tərəfdaşlığı şöbəsinin müdir müavini Mike Hegarty ilə görüşüb.
Azpost.info bildirir ki, bu barədə A.Hacılı məlumat verib.
Görüşdə Böyük Britaniya -Azərbaycan münasibətləri, Qarabağ nizamlanması, Rusiyanın Ukraynaya qarşı təcavüzü,
Avropa Şərq Tərəfdaşlığı və digər mövzuları müzakirə olunub.
Əvvəlki məqalə

Rusiyada “Alyaska bizimdir!” yazılmış lövhələr quraşdırılıb

Sonrakı məqalə

Boris Conson istefa verdi