Müsavat qərargahında müxalifətin Dəyirmi Masası başlanıb –Parlament seçkisi müzakirə edilir

Müsavat Partiyasının qərargahında partiya rəhbərlərinin, ictimai təşkilat nümayəndələrinin, ekspertlərin və media rəhbərlərinin iştirakı ilə toplantısı başlayıb.

Azpost.info bildirir ki, toplantıda növbədənkənar parlament seçkiləri ilə bağlı yaranmış situasiya, müxalifətin prosesdə iştirakı geniş müzakirə olunur.

Tədbirdə Müsavat Partiyası ilə yanaşı Milli Şura rəhbərliyinin, HƏP sədri Əli İnsanov, AXP sədri Pənah Hüseyn və başqa şəxslər, tanınmış ekspertlər iştirak edir. 

Müzakirələrin sonunda seçkilərin normal standarlara uyğun keçirilməsi ilə bağlı hakimiyyətə, cəmiyyətə və beynəlxalq birliyə müraciət ünvanlanacağı gözlənilir.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir