Müsavat üzvləri namizədliklərini öz təşəbbüsləri ilə irəli sürürlər- Açıqlama

Müsavat Partiyası növbədənkənar parlament seçkilərində iştirak formasını açıqlayıb.

Partiyanın icra aparatının rəhbəri Gülağa Aslanlı APA-ya açıqlamasında bildirib ki, indiki halda Müsavat Partiyasının üzvləri partiyanın adını qeyd etməklə namizədliklərini öz təşəbbüsləri ilə irəli sürürlər: “Biz hələ ki, bu yolu qəbul etmişik. İkinci variant da mümkündür”.

Qeyd edək ki, Müsavat Partiyası gələn il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirakla bağlı qərar qəbul edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

ABŞ Çinə qarşı əlavə ticarət rüsumların tətbiqini təxirə saldı

Sonrakı məqalə

Milli Şuranın sədri Cəmil Həsənli Vaşinqtonda ABŞ Dövlət Departamentinin rəsmiləri ilə görüşüb