Müsavat və ReAL fevralın 29-na mitinq təyin etdi –Rəsmi müraciət göndərildi

Müsavat, ReAL partiyaları və D18 Hərəkatı fevralın 29-da seçki saxtakarlığına etiraz olaraq Bakı şəhərində müxalifətin birgə mitinqinin keçirilməsi ilə bağlı razılığa gəlib.

Azpost.info bildirir ki,  bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müvafiq müraciət təqdim edilib.

Bu barədə Müsavat Partiyasının mətbuat xidməti məlumat yayıb.

Bu qurumlar bundan öncə, fevralın 16-da eyni şüarla Mərkəzi Seçki Komissiyasının binası qarşısında mitinq keçirməyə cəhd edib. Mitinqin təşkilatçıları daxil olmaqla onlarla etirazçı saxlanılaraq ölkənin müxtəlif ərazilərində çöllüklərdə sərbəst buraxılıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

MSK Ləman Ələşrəfqızının müraciətinə baxdı-

Sonrakı məqalə

AZTV-də yeni təyinatlar –