Müsavatın qurultayı Şadlıq Evində olacaq –

Eldar Əzizov yer ayırdı (RƏSMİ QƏRAR)  
07 Oktyabr 2019 - 13:51

Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının qurultay keçirilməsi üçün yer ayırlamsı barədə müraciətinə baxıb.

Azpost.info bildirir bu barədə partiyanın başqanı Arif Hacılı məlumat verib.

BŞİH Müsavat Partiyasının IX qurultaynın Binəqədi rayonu, 7-ci mikrorayonda yerləşən “Büllur” Şadlıq Sarayında keçirilməsinə razılıq verib.

Məktubda Müsavatın şadlıq evinin sahibi ilə razılaşma əldə ediləcəyi təqdirdə BŞİH –in buna heç bir etiraz etməyəcəyi qeyd olunub.