Mütəxəssis rəyi olmadan uşaqlara vitamin vermək olmaz

Uşaqlar gündə 4 dəfə qidalanmalıdır. Onlar ilk səhər yeməyini 7:30-da yeməlidir.

Bunu Səhiyyə Nazirliyinin Qadın, ana, uşaq və yeniyetmələrin sağlamlığının qorunması sektorunun müdiri Aynurə Zeynalova deyib.

“Menyuda xüsusən isti yeməklər, sıyıq, yumurta və meyvə olmalıdır. Valideynlər düşünür ki, əlavə vitaminlər uşaqların sağlamlıği üçün yaxşıdır. Lakin bu fikir düzgün deyil. Mütəxəssis rəyi olmadan uşaqlara vitamin vermək olmaz.

Hətta bəzən valideynlər bir-birinə uşağa vitamin verməyi tövsiyə edirlər. Bu, uşaqlara xeyirdən çox ziyan vura bilər. Onlar düşünməlidir ki, vitaminlərin tərkibi də kimyəvidir, uşağa necə təsir edəcəyi bəlli deyil. Uşaqların menyusunda əsas meyvə-tərəvəzdən istifadəyə üstünlük verməkdir”.

Əvvəlki məqalə

Azərbaycan Prezidenti ŞƏT Sammitində çıxış edib

Sonrakı məqalə

“Ermənistanın təxribatı normallaşma prosesinə böyük zərbədir”