“Radikal müxalifət seçkilərlə bağlı təxribat yaratmaq istəyir” –Əli İnsanov namizəd olacaq?

“Növbədənkənar prezident seçkiləri Azərbaycanın şanlı tarixinə Zəfər seçkiləri adı ilə həkk olunacaq”.

Azpost.info bildirir ki, bu barədə Haqq-Ədalət Partiyasının sədri, sabiq səhiyyə naziri Əli İnsanov videomüraciətində bildirib.

Onun sözlərinə göə, Azərbaycanın qələbəsini həzm edə bilməyən dövlətlərin təxribatının qarşısını almaq üçün siyasi sistemin gücləndirilməsi, davamlı islahatar mühüm strateji əhəmiyyət kəsb edir.  Ə.İnsanov deyib ki, dövlət reysterinə alınmış bütün siyasi partiyalara seçkidə iştirak üçün imkan yaradılıb.

HƏP sədri növbədənkənar seçkitəyini ilə bağlı narazalığını bildirən müxalifət partiyalarını qərəzli olmaqda ittiham edib:  “Seçkilərin keçirlməsi ilə bağlı olan istənilən narazılıq qərəzli və məhdud potensialın göstərisidir. Öz ritorikalarında daim seçki tələb edən radikal qüvvələrin növbədənkənar seçki ilə bağlı qərəzli fikirləri ucuz demaqoqgiya və qərəzdən başqa bir şey deyil”.

Ə.İnsanovun fikrincə, dövlət reysterindən keçmək üçün 5 min üzv toplamaqda çətinlik çəkən radikal qüvvələrin ümidləri puç olub: “Heç bir elektoratı olmayan, xalq arasında etibar limitini itirmiş radikallar öz zəifliyini etiraf etmək əvəzinə növbəti dəfə təxribat və cəmiyyətdə ixtilaf yaratmağa çalışırlar. Bu siyasi acizliyin və məğlubiyyətin açıq etirafıdır”. 

HƏP sədri bildirib ki, xalqın düzgün seçim edəcəyinə heç kim şübhə edə bilməz.

HƏP sədri seçkilərdə namizədliyini irəli sürüb-sürməyəcəyi barədə heç bir məlumat verməyib.

Azpost.info

 

Əvvəlki məqalə

“III dünya müharibəsinin qarşısını yalnız mən ala bilərəm” –

Sonrakı məqalə

Azərbaycan-Ermənistan birgə bəyanatı Britaniya parlamentində dəstəklənib