Mərhum Şahmar Ələkbərovun nəvəsi Hollivud filminə çəkiləcək-FOTO

Azərbaycanlı aktyor Eldar İsgəndərov məşhur rejissor Qrant Singerin “Reenactment” adlı yeni bədii filminin aktyor heyətinə daxil edilib. O, ekran işində dünya ulduzları – Benisio del Toro, Kameron Dias və Ana de Armas ilə birlikdə rol alacaq.

Bu barədə Trend-ə aktyor özü məlumat verib.

Layihə Benisio del Toronu yenidən Qrant Singer və “Black Label Media” istehsalat şirkəti ilə bir araya gətirir. Filmin süjeti kimi, Eldar İsgəndərovun rolu da hələlik gizli saxlanılır.

Çəkilişlərə bu ilin sonunda Los-Ancelesdə başlanacaq.

Qeyd edək ki, əslən Azərbaycandan olan Eldar İsgəndərov Niderland və Belçikada böyüyüb. O, Azərbaycanın Xalq artisti, rejissor Şahmar Ələkbərovun (1943–1992) nəvəsidir. Eldar Savanna İncəsənət və Dizayn Kollecinin (SCAD) məzunudur. “Reenactment” bu il aktyorun oynadığı üçüncü bədii filmdir. Bundan əvvəl o, “A24” və “Fruit Tree” studiyaları üçün aktyor Cessi Ayzenberqin hazırladığı adsız musiqili komediyada, eləcə də “Topic Studios” üçün çəkilən və Cordan Förstmanın rejissor debütü olan “Club Kid” filmində rol alıb.

 

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.