Məşhur uşaq qidası brendi “Heinz” Rusiyanı tərk edir. Bundan sonra o, yeni brend altında istehsal olunacaq.
Azpost.info xəbər verir ki, bu barədə Mash Telegram kanalı yazır.
Məlumata görə, müəlliflik hüququ “Gipopo” adlı yerli şirkət tərəfindən alınıb. “Haynts Georgiyevsk” zavodunun adı “Georgiyevsk” uşaq qidası zavodu adlandırılıb.
Yeni brend altında ilk məhsullar avqust ayında “Georgiyevsk” və “İvanovo” zavodlarında hazırlanacaq.
Azpost.info