“Nə qədər ki, Lukaşenko prezidentdir, heç bir nümayəndəmiz Belarusa getməyəcək” –PAŞİNYAN

Lukaşenko prezident olduğu müddətdə Ermənistanın heç bir rəsmi nümayəndəsi Belarusa səfər etməyəcək.

Bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı bildirib.

“Bəyan edirəm ki, bu andan etibarən Lukaşenko prezident olduğu müddətdə Ermənistanın heç bir rəsmi nümayəndəsi Belarusa səfər etməyəcək”, – Baş nazir qeyd edib.

Paşinyan bildirib ki, Lukaşenko Ermənistandan üzr istəsə və ya Belarus təşkilatı tərk edərsə, İrəvan KTMT-yə münasibətini dəyişə bilər.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.