Dünyanın nəhəng kriptovalyuta birjası “Binance” 2024-cü il yanvarın 31-dən Rusiya rublu ilə bütün əməliyyatları dayandıracaq.
Azpost.info xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilir.
Rubl xüsusilə, “Binance P2P” platformasının valyutalarından xaric ediləcək. İstifadəçilərə rubl aktivlərini “CommEX” platformasına çıxarmaq və orada rublla əməliyyatlar aparmaq tövsiyə olunur. Bunun üçün “CommEX” hesabı “Binance” hesabı ilə əlaqələndirilməlidir.
Bundan başqa, istifadəçilər 31 yanvar 2024-cü il saat 00:00-a qədər “Binance fiat” partnyorları vasitəsilə rus rublunu çıxara, Konversiya alətindən istifadə etməklə rus rublunu kriptovalyutaya çevirə və ya “Binance spot” bazarında rus rublunu kriptovalyutaya dəyişə bilər.
Sentyabrın sonunda “Binance” Rusiyanı tərk etdiyini və Rusiya biznesini “CommEX” platformasına satdığını açıqladı. “Rusiyada fəaliyyət göstərməyin şirkətimizin uyğunluq strategiyasına uyğun olmadığını başa düşürük”, – rəsmi açıqlamada deyilirdi.
Azpost.info