“Nəticələrin ləğvinə meylliyik” –

Məzahir Pənahovdan açıqlama
18 Fevral 2020 - 17:30

“Biz əslində pozuntu baş vermiş məntəqələrin nəticələrinin ləğvinə meylliyik”.

“Report” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib. O bildirib ki, MSK-ya daxil olan bütün şikayətlər yoxlanılır və geniş şəkildə araşdırılır: “Təsdiqini tapan hər bir məsələ ilə bağlı ölçü götürülür”.

“Biz pozuntularla bağlı məsələləri seçki prosesi başa çatandan sonra araşdırmağa davam edəcəyik”-deyə M. Pənahov bildirib. MSK sədrinin sözlərinə görə, istənilən halda seçki komissiyaları bunların baş verməsinə görə günahkardır.