“Nə baş verib ki, otel qiymətləri 30 faiz bahalaşıb?” –Ekspertdən suallar

Azərbaycanda il ərzind 3, 4, 5 ulduzlu otellərdə qiymət 30 faiz bahalaşıb.
Azpost.info bildirir ki, bu barədə iqtisadçı ekspert Natiq Cəfərli bu barədə olan rəsmi məlumatları şərh edərkən bildirib.
Onun sözlərinə görə, bu rəsmi məlumatlar hökümətin açıqlamaları ilə ziddiyyət təşkil edir.
“Rəsmi məlumata görə, bu ilin yanvar-avqust aylarında Azərbaycandakı 3 ulduzlu hotellərdə bir gecə qalmaq üçün orta qiymət 82,7 manat təşkil edib. Bu keçən ilin eyni dövrü ilə müqaisədə 26,4% bahadır. 4 ulduzlu hotellərdə bir gecə qalmaq üçün orta qiymət 118,2 manat olub. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 21,3%,  bahadır. 5 ulduzlu hotellərdə bir gecə qalmaq üçün orta qiymət 226,8 manat təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 39,1 % bahalaşma deməkdir. Yəni, ölkə ərazisində 3-4-5 ulduzlu otellər 1 ildə, ortalama, 30% bahalaşıb. Hökumət deyir ki, qiymət artımı dayanıb, inflyasiya azalıb. Turizm sahəsində çalışanların maaşları artmayıb. Yaxşı, nə baş verib ki, otellər 30 faiz bahalaşıblar?!” -deyə ekspert sual edib.
N.Cəfərli otellərdə qiymət artımı ilə müqayisədə qəribə bi məqama diqqəti çəkib: “Qiymətlər kəskin artıb. Amma rəsmi rəqəmlərə görə otellərin doluluq səviyyəsi pis gündədir. Bu ilin 1-ci rübündə Azərbaycan üzrə bütün otellərdə nömrələrin 82 faizi boş  qalıb. Doluluq səviyyəsi ölkə üzrə cəmi 18% olub”.
Ekspert burada da qəribə vəziyətin olduğunu bildirib:  “Otellərə gələn yoxdur, amma onlar qiyməti, ortalama, 30 faiz qaldırıblar. Məntiqlə tam tərsinə olmalı, qiymətləri salmalıdırlar ki, adamlar daha çox gəlsinlər. Yox əgər bu rəsmi rəqəmlər yanlışdırsa, yəni otellər gələn müştəriləri rəsmiləşdirmirlərsə, o zaman nəzarətçi hökumət qurumları hara baxır, niyə göz yumurlar?”.
Azpost.info
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.