Bu gün Mil-Muğan bölgəsində yağan yaz yağışı qeyri-adi təbiət mənzərəsi yaradıb. Səmada eyni anda iki göyqurşağının yaranması görənlərin marağına səbəb olub. Yaşıl düzənliklərin üzərində ucalan rəngarəng qövslər boz buludlu səma ilə təzad təşkil edərək sanki bir tablonu xatırladır.
İmişli rayonu ərazisində göy qurşağı daha aydın müşahidə olunub. Belə ki, saat 17 radələrində başlayan yağışdan təxminən 20–25 dəqiqə sonra buludlar dağılıb və Günəş şüalarının düşməsi nəticəsində göy üzündə nəhəng göy qurşağı görünüb.
Rayonun müxtəlif ərazilərindən müşahidə edilən göy qurşağı Araz çayı sahilində, açıq ərazidə daha gözəl mənzərə yaradıb.
