Narkoloq ən təhlükəli içkinin adını açıqladı

Quru ağ şərab ən az təhlükəli spirtli içkidir. Lent.az Rusiya mediasına istinadla bildirir ki, bunu Moskva Narkologiya Elmi-Praktik Mərkəzinin tibb bölməsi üzrə baş həkimin müavini Alina Sazonova deyib.Onun sözlərinə görə, insan orqanizmi üçün ən əlverişsiz olan güclü spirtli içkilərdir.

Sazonova spirtli içkiləri şirin içkilər və şirin qidalarla birləşdirməməyi məsləhət görüb. Çünki bu halda spirtin emalı ləngiyir. Həkim həm də acqarına spirt içməməyi tövsiyə edib, çünki bu, onun zəhərli təsirini artırır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.