NATO Baş katibi müharibə başlayandan bəri ilk dəfə Kiyevə gəlib

NATO  Baş katibi Yens Stoltenberq Kiyevə gəlib.

Azpost.info xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Əvvəlcədən elan olunmayan səfər müttəfiq ölkələrin əlavə silah təchizatı məsələsinin müzakirə olunduğu Ramşteyn görüşü ərəfəsində baş tutub.

Bu, həm də Stoltenberqin müharibə başlayandan bəri Ukrayna paytaxtına ilk səfəridir.

“Financial Times” yazır ki, Ukraynada Sovet istehsalı olan raket ehtiyatları tükəndiyi üçün Kiyev NATO ölkələrindən təcili olaraq hava hücumundan müdafiə vasitələrini təhvil vermələrini xahiş edir.

“Ukraynalılar hava hücumundan müdafiə sistemləri olmadan elan edilmiş əks-hücumun uğursuz olması ehtimalından ehtiyat edərək, qısa mənzilli yer-hava raketləri ilə təmin olunmaq məsələsini getdikcə daha çox gündəmə gətirirlər”, – nəşr qeyd edir.

Azpost.info

Əvvəlki məqalə

“Nazir filmə baxıb güldü, dedi 27 dəqiqəsi kəsilsin”

Sonrakı məqalə

“Kinonun əsas ölçüsü maddi gəlirdir” deyənlər, Azərbaycan xalqının düşmənidir