Şimali Koreya qoşunlarının Ukraynada xüsusi hərbi əməliyyatda iştirak etmək üçün Rusiyaya göndərilməsi böyük eskalasiya olardı.
Azpost.info xəbər verir ki, bunu NATO Baş katibi Mark Rutte Cənubi Koreya prezidenti Yun Seok Yeoll telefon danışığından sonra bildirib.
“Şimali Koreyanın Ukraynada Rusiya ilə yanaşı döyüşmək üçün ordusunu göndərməsi ciddi eskalasiya demək olardı”, – Rutte deyib.
Tərəflər həmçinin Avro-Atlantik məkanda və Asiya-Sakit okean regionunda hərbi-texniki tərəfdaşlıq və təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Azpost.info