NATO Dağlıq Qarabağdakı “seçkiləri” tanımadı

“Bu gün Dağlıq Qarabağda keçirilən “ümumi seçkilər”ə gəlincə, NATO bu “seçkilərin” nəticələrini Dağlıq Qarabağın hüquqi statusuna təsir kimi qəbul etmir və nəticələrin heç bir halda Dağlıq Qarabağın yekun statusuna və ya Dağlıq Qarabağ münaqişəsinin davamlı və sülh yolu ilə həll edilməsi üçün davam edən danışıqların nəticəsinə xələl gətirməyəcəyini vurğulayır. NATO ATƏT-in Minsk Qrupunu, o cümlədən həmsədrlərin bu məsələ ilə bağlı son bəyanatını dəstəkləyir”.

NATO baş katibinin siyasi məsələlər üzrə müavini və Cənubi Qafqaz ve Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay “Facebook” səhifəsində bildirib. (APA)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir