“NATO-nun 500 min əsgəri yüksək hazırlıq vəziyyətindədir”- STOLTENBERQ

Hazırda NATO-nun bütün növ silahlı qüvvələrində yüksək hazırlıq vəziyyətində olan 500 min nəfər var.

Azpost.info xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Brüsseldə müdafiə nazirlərinin görüşünün yekunlarına dair mətbuat konfransında deyib.

“Bu gün bizim yüksək hazırlıq vəziyyətində olan 500 min əsgərimiz var ki, bu da ilkin olaraq qarşıya qoyulan hədəfdən xeyli çoxdur”, – Baş katib bildirib.

O qeyd edib ki, bu rəqəm silahlı qüvvələrin bütün qollarını əhatə edir.

Azpost.info

Əvvəlki məqalə

Qurban bayramı ilə Milli Qurtuluş Gününün eyni zamana təsadüf etməsi həmrəyliyimizi daha da gücləndirir

Sonrakı məqalə

Ukrayna Belqorodda çoxmərtəbəli binaya zərbə endirib –