“NATO Rusiya ilə uzun sürən müharibə ssenarisinə hazır olmalıdır”- Beynəlxalq Araşdırmalar Mərkəzi

NATO ölkələri Rusiya ilə uzun sürən müharibə ssenarisinə hazır olmalıdırlar. Buna əsasən, dövlətlər müdafiə xərclərini artırmalı və hərbi-sənaye potensialını gücləndirməlidir.

Azpost.info xəbər verir ki, bu barədə Vaşinqtonda yerləşən Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) analitiklərinin dərc etdiyi hesabatda deyilir.

Hesabatda deyilir ki, NATO hazırlıqls olsa da, onun uzun sürən müharibəyə hazır olub-olmadığı sual olaraq qalır.

Analitiklər qeyd ediblər ki, son iki il ərzində NATO ölkələri Rusiya ilə potensial münaqişəyə hazırlıqda əhəmiyyətli irəliləyiş əldə ediblər. Bu, 2022-ci ilin yayında Madriddə keçirilən sammitdə qəbul edilən konsepsiya sayəsində baş verib. O, Rusiyanı təhlükəsizliyə əsas təhdid kimi müəyyən edir.

Hesabat müəllifləri müharibəyə hazırlaşmaq üçün daha çox vəsait sərf etməyə çağırıblar.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.