NATO Rusiyanı müşahidə etmək üçün mərkəz yaradır

NATO Arktikada hava əməliyyatlarına nəzarət etmək üçün Rusiyanı müşahidə edəcək birgə mərkəz yaratmağı planlaşdırır.

Azpost.info xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Mərkəzin Finlandiyada yerləşəcəyi ehtimal edilir, çünki o, strateji əhəmiyyətli Murmanska yaxındır.

Təşəbbüsü artıq ABŞ-ın Avropa Komandanlığının rəhbəri general Kris Kavoli də təsdiqləyib.

Mərkəzin əsas vəzifəsi Alyansın situasiya məlumatlılığını artırmaq, qeyri-rəsmi olaraq – Rusiya Şimal Donanması haqqında məlumat toplamaq və Şimal Dəniz Marşrutunu izləmək olacaq.

Məlumatda deyilir ki, belə bir mərkəzin yaradılması yeni gərginlik nöqtəsinin yaranmasına səbəb ola bilər. Rusiya Müdafiə Nazirliyi ölkənin şimal-qərb sərhədlərinin təhlükəsizliyini təmin edərkən bunu nəzərə almalı olacaq.

Azpost.info

Əvvəlki məqalə

Sabah hava necə olacaq?

Sonrakı məqalə

Azərbaycanda “Zəngəzur” adlı PUA istehsal olunub