NATO döyüşə hazır daha 49 briqada yaradacaq və onların ümumi sayını 131-ə çatdıracaq.
Azpost.info xəbər verir ki, bu barədə Almaniyanın “Welt” telekanalı Alyansın sənədinə istinadən xəbər verir.
Hər yeni briqadada təxminən beş min nəfər olacaq. Bu qoşunları dəstəkləmək üçün döyüş korpuslarının sayı da 6-dan 15-ə çatdırılacaq.
Öz növbəsində diviziya qərargahlarının sayı 24-dən 38-ə çatdırılacaq.
Azpost.info