“NATO-nun Vaşinqtonda keçiriləcək sammitində iştirakımın əsas məqsədi qərbli həmkarlarımızı İrana qarşı mübarizədə qüvvələri birləşdirməyin zəruriliyinə inandırmağa çalışmaq olacaq”.
Azpost.info xəbər verir ki, bunu İsrailin xarici işlər naziri İsrael Katz bildirib.
“Mən Vaşinqtona İsraili bir aydın məqsədlə təmsil etmək üçün gedirəm. Onlarla liderə və xarici işlər nazirinə “bütün gücümüz və qətiyyətimizlə İrana qarşı durmağın vaxtıdır” mesajını verməliyik. Bizim ortaq düşmənimiz var – İran rejimi”.
NATO-nun sammiti iyulun 9-dan 11-dək Vaşinqtonda keçiriləcək.
Azpost.info