NATO üzv ölkələrə silah sistemlərinin sayı ilə bağlı yeni hədəflər qoyacaq- “Bloomberg”

NATO üzv ölkələrin istehsal etməli olduğu tankların, təyyarələrin və digər silah sistemlərinin sayı üçün yeni hədəflər qoymağı planlaşdırır.

Azpost.info xəbər verir ki, bu barədə “Bloomberg” yazıb.

Bu, öz növbəsində NATO-nun müdafiə xərclərinin ümumi daxili məhsulun 2 faizdən 3 faizə qədər artmasına səbəb olacaq.

“Yeni silah rəqəmlərinin 2025-ci ildə Haaqa Sammitində iştirakçı ölkələrə təqdim ediləcəyi gözlənilir. Ola bilsin ki, bu mövzu 2025-ci ilin fevralında keçiriləcək NATO sammitində də qaldırılsın”, – agentlik qeyd edir.

Azpost.info

Əvvəlki məqalə

Bu il Azərbaycanda inşa olunan yerüstü piyada keçidlərinin ünvanları açıqlanıb

Sonrakı məqalə

“Taliban” hökumətinin naziri Kabildəki terror hücumunda həlak olub