NATO-ya üzvlük BRIKS-ə qoşulmaq üçün maneə deyil.
Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.
O bunu Türkiyənin BRİKS-ə daxil olmasının mümkünlüyü ilə bağlı sualı cavablandırarkən deyib.
Peskovun sözlərinə görə, eyni zamanda Aİ-də olmaq da BRİKS-ə qoşulmağa maneə olmayacaq.
“BRİKS və onun əsas yanaşmaları baxımından burada heç bir problem yoxdur. Bu, onların NATO-da, Aİ-də qoymağı çox xoşladıqları şərtlərdir. Amma BRIKS-də heç kim bunu demir və bu, təşkilatı daha da cəlbedici edir”, – Peskov qeyd edib.
Azpost.info